363
19:06
22 Oktyabr 2019

7 evdən oğurluq edənlər tutuldu

Oğurluq etdiklərinə görə tutulan E.Həsənovun və C.Ağayevin ətraflarında Baş Cinayət Axtarışı İdarəsi və Abşeron rayon Polis İdarəsi əməkdaşlarının apardığı əməliyyat tədbirləri ilə onların rayon ərazisindəki 7 evdən pul, qızıl, inşaat materialları və məişət əşyaları oğurlamaları müəyyən edilib.
Lent.az -a Daxili İşlər Nazirliyindən bildirilib ki, Siyəzən rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 3500 manat, danışıq kartları və tütün məmulatı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Bəylərov saxlanılıb.