339
18:06
22 Oktyabr 2019

Su hövzələrində reydlərə başlanıldı - FOTOLENT

Mingəçevir su anbarının qadağan olunmuş ov vasitələrindən təmizlənməsinə başlanılıb.
Bu barədə Lent.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədilə növbəti tədbir oktyabrın 22-də Mingəçevir su anbarında keçirilib.
8 saylı Regional Ekologiya və Su Nəqliyyatında Polis idarələrinin əməkdaşlarının keçirdiyi reyd zamanı Mingəçevir su anbarının bir hissəsi balıqların ovlanması üçün qurulan qadağan olunmuş ov vasitələrindən və sintetik torlardan təmizlənib.
Mingəçevir su anbarında və digər su hövzələrində reydlər davam etdirilir.