325
12:59
21 Oktyabr 2019

Arvadı və qayınanası ilə dalaşıb özünü yandırdı

Oktyabrın 20-dəı Gəncə şəhərində iki intihara cəhd baş verib.
APA -nın yaydığı xəbərə görə, Gülüstan qəsəbəsində yaşayan əslən Kəlbəcərli 67 yaşlı Söhbət Yeprin oğlu Mirzəyev ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı və qayınanası ilə mübahisədən sonra özünü yandırıb. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Digər intihara cəhd Gəncənin Muxtar Hacıyev küçəsində baş verib. 39 yaşlı Rauf Qələndər oğlu Quliyev bir neçə bıçaq xəsarəti il xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu deyilir.
Gəncə şəhər Prokurorluğundan Lent.az -a verilən məlumata görə, hər iki şəxslə bağlı Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanılıb. Qeyd edək ki, həmin maddəyə əsasən təqsirkarı 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.