224
11:48
21 Oktyabr 2019

Avtomobillə vurulan velosipedçi su kanalına düşərək boğuldu

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə hadisə rayonun Hüşün kəndində qeydə alınıb. Rayon sakini Məmmədov Ruslan Ağabala oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə velosipedçi, Ağdaş şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Namizəd oğlunu vurub. Zərbənin təsirindən Əlibala Məmmədov su kanalına düşüb. Nəticədə o boğularaq ölüb.
Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.