513
12:56
20 Oktyabr 2019

126 milyonluq transfer sıradan çıxdı - SƏBƏB

“Atletiko” tarixinin ən bahalı transferi Joau Feliş dünən “Valensiya” ilə La Liqa matçında (1:1) zədələnib.
Bu səbəbdən o, 80-ci dəqiqədə əvəzlənib. İspaniya mətbuatı portuqaliyalı hücumçunun 3 həftə oynaya bilməyəcəyin yazıb.
Xatırladaq ki, Feliş bu yay 126 milyon avroya “Benfika”dan “Atletiko”ya transfer olunub.
(Qol.az)