1007
11:26
20 Oktyabr 2019

Emin Ağalarov məşhurlarla birlikdə: YENİ KLİP - VİDEO

Azərbaycanın Xalq artisti Emin Ağalarov ölkəmizə həsr olunmuş "Azərbaycan-101" adlı irimiqyaslı musiqi layihəsini təqdim edib.
Lent.az bildiri ki, bu barədə Emin instaqram hesabında məlumat verib. O, həmyerlilərini Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik edib və 2019-cu ildə republikanın 101 yaşı tamam olduğunu qeyd edib:
“Azərbaycan! Mən səni sevirəm! Harada olmağımızdan asılı olmayaraq, biz həmişə doğma torpağımızı, yaxın insanlarımızı, uşaqlığımızı, doğma diyarımızı düşünürük və xatırlayırıq. Azərbaycan, bizim hamımızı birləşdirdiyin üçün çox sağ ol!"
Layihədə Emin Ağalarovla yanaşı Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Elçin Əzizov, Yusif Eyvazov, eləcə də Jony, Bahh Tee və digər məşhur azərbaycanlı artistlər yer alıb.
Xalq artisti, həmçinin, mahnının müəlliflərinə - söz yazarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və bəstəkar Ruslan Ağababayevə xüsusi minnətdarlığını bildirib. Klipin rejissoru Emin Muradovdur.