330
11:07
20 Oktyabr 2019

Qadın cüdoçularımız 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazandılar

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak ediblər.
40 kiloqram çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olublar. Digər təmsilçilərimiz Nigar Şahməmmədova (44 kq), Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (57 kq) gümüş, Nərmin Əmirli (+70 kq) isə bürünc medal qazanıblar.
Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.
(AZƏRTAC)