442
15:22
19 Oktyabr 2019

ABŞ-da sərnişin təyyarəsi qəzaya uğradı: ölən və yaralılar var

ABŞ-ın Alyaska ştatında sərnişin təyyarəsinin eniş edərkən eniş zolağından çıxması nəticəsində 1 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, təyyarənin məxsus olduğu “Penair” şirkətindən verilən məlumata görə, 3 ekipaj və 39 sərnişini olan Alyaskanın Aleutian adalarında bir hava limanına eniş edən sərnişin təyyarəsi eniş zolağından çıxıb.
Qəza nəticəsində yaralananlar xəstəxanaya aparılıb.