361
14:55
19 Oktyabr 2019

Türkiyədəki yol qəzasında 2 nəfər öldü, yaralılar var

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.
APA -nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, qəza Mersin əyalətinin Silifke rayonunda qeydə alınıb.
Akkuyu Atom Elektron Stansiyasında (AES) çalışan rus və ukraynalıları daşıyan avtobus yük maşını ilə toqquşub. Qəza nəticəsində 2 Ukrayna vətəndaşı ölüb, 11 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.