358
05:22
19 Oktyabr 2019

Avtomobil siqnal verdi, arabadan yıxıldı: vəziyyəti orta-ağırdı

Ağstafa sakını yıxılaraq ağır xəsarət alıb.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Pirli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Məhərrəmov Zahid Şadət oğlu at arabası ilə gedən zaman yıxılıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. 29 yaşlı gəncə kələ-beyin travması diaqnozu qoyulub.
Onun vəziyyətinin orta-ağır olduğu bildirlir. Xəstənin sözlərinə görə, kəndə at arabası ilə gedən zaman qarşıdan gələn minik maşını siqnal verib. Elə bu zaman o, arabadan yıxılıb.