405
01:07
19 Oktyabr 2019

Alyaskada təyyarə qəzası: 1 ölü, 11 yaralı

Unalaska-Holland reysilə uçan təyyarə Alyaskada qəza enişi edib.
APA “Sputnik”ə istinadən xəbər verir ki, 42 nəfərin olduğu təyyarədə qəza nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
İlkin məlumata görə, qəzaya səbəb təyyarənin mühərriklərindən birində yaranan nasazlıq olub.