322
23:42
18 Oktyabr 2019

Bakıda tələbəni yük avtomobili vurub

Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.
APA -nın məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.
Belə ki, "Zil" markalı yük avtomobili yolu keçmək istəyən piyada, 1999-cu il təvəllüdlü Feyzullayeva Məlahət Qüdrət qızını vurub.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Məlumata görə, M.Feyzullayeva tələbədir. O, dərsdən çıxan zaman onu yük avtomobili vurub.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.