384
19:44
18 Oktyabr 2019

Azərbaycandan təqdim edilən videoçarx beynəlxalq festivalda qalib seçildi

Varşava şəhərində 14-cü "FilmAT" turizm festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Lent.az xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Turizm Agentliyinin marketinq üzrə direktoru Fidan Əliyeva təmsil edib.
Festivalda müxtəlif nominasiyalar üzrə 75 qalib müəyyənləşdirilib. Azərbaycan tərəfi festivalda “Azerbaijan: Take another look” (Azərbaycan: Başqa bir baxış) adlı turistik videoçarx ilə təmsil olunub və “Ölkənin ən yaxşı təbliğ filmi” nominasiyası üzrə qalib seçilib. Mükafat Fidan Əliyevaya təqdim edilib.
Qeyd edək ki, videoçarx Azərbaycan Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanıb.