425
19:21
18 Oktyabr 2019

“Aranfilm” “Ömrün ağ səhifələri”ni vərəqləyib

ARB “Aranfilm" Yaradıcılıq Mərkəzi “Ömrün ağ səhifələri” adlı sənədli filmin çəkilişlərini yekunlaşdırıb.
Lent.az xəbər verir ki, Sosialist Əməyi Qəhrəmanı, pambıqçı Şamama Əliyevaya həsr olunan filmdə qəhrəmanın həyat və əmək fəaliyyəti işıqlandırılıb. Yaxın vaxtlarda təqdim olunacaq ekran əsərinin ssenari müəllifi və rejissoru Yasəmən Quliyeva, operatoru Əminə Həsənli, inzibatçısı Yağmur Firuz, filmin direktoru Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç və prodüseri İqbal Məmmədəliyevdir.