886
12:56
17 Oktyabr 2019

"İndi həyasızlığın adını cəsarət qoyublar" - Aqşin Fateh - VİDEO

“İndi kim çox qışqırırsa, bağırırsa, buna cəsarət adı verirlər”.

Lent.az -ın məlumatına görə, bu sözləri meyxanaçı Aqşin Fateh “Üç əlli” verilişində deyib:

“İndi həyasızlığın adını cəsarət qoyublar. İnsan harada susmaq, harada danışmaq lazım olduğunu bilməlidir. İnsan da var ki, sərhədi bilmir. Elə bilir ki, qışqırmaqla, qalmaqalla tanınmaq olar. Mən mənəm-mənəm demirəm. Mən 10-12 il sənətdə olmadım, qayıtdım, yenə də mahnılarım sevilir, trendə düşürəm. Bu da müğənni adına yaraşmayan insanları qıcıqlandırır. Bir adam efirdə özünü ağır aparanda, ciddi oturanda, deyirlər ki, özünü dartır. Mən bunu bacarmıram. Bu, xarakterimdir. Gündəmə düşmək üçün hər yola əl atırlar”.