513
12:03
17 Oktyabr 2019

İbtidai sinif şagirdlərinin həftəlik dərs yükü çoxdur - Nazir

"Hazırda dərsliklər üçün fərqli istifadə müddətinin tətbiqi üzərində iş aparılır".
Lent.az -ın məlumatına görə, bu sözləri təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hazırda bəzi dərsliklərin, xüsusilə ibtidai sinif şagirdlərinin həftəlik dərs yükü çoxdur. Amma elə dərsliklər var ki, onlar daha az istifadə olunur. Sinif səviyyəsi və dərs yükü nəzərə alınmaqla müxtəlif müddət üçün istifadə müddəti olan dərsliklərin çapı barədə düşünürük".
Nazir qeyd edib ki, hazırda məktəbdə dərsliklərin istifadəsi 4 il üçün nəzərdə tutulub.