330
11:49
17 Oktyabr 2019

4000 şagird necə sinifdə qalıb? - Rəsmi cavab

Təhsil Nazirliyi ötən il 4000 şagirdin sinifdə qalmasına münasibət bildirib.
Lent.az -ın məlumatına görə, təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında mövzu ilə əlaqədar bildirib ki, sözügedən məsələ nazirliyi narahat edən məqamdır:
"Şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən şagirdin il ərzində 4-dən çox fəndən nəticəsinin zəif olması onun sinifdə qalmasına səbəb olur. Əgər bu say 4-dən az olursa, sözügedən halda yay ərzində həmin şagirdlərə yay tapşırıqları verilir. Daha sonra onların növbəti tədris ilinin əvvəllərində fənlər üzrə yenidən bilikləri qiymətləndirilir və nəticə müsbət olarsa, şagirdlər növbəti sinfə keçirilir".