202
11:42
17 Oktyabr 2019

Nazir istedadlı uşaqlardan danışdı

"Təhsil Nazirliyi üçün vacib olan istiqamətlərdən biri istedadlı şagirdlərin aşkar edilməsidir".
Lent.az -ın məlumatına görə, bu sözləri təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu səpkidə ötən tədris ilində ilk dəfə olaraq regionlarda 60-a yaxın pilot siniflər yaradılıb:
"Pilot siniflərin sayı bu il də artırıldı. Bildiyiniz kimi, Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri təşkil edildi. Liseylərin filialları bölgələrdə də açılarsa, istedadlı şagirdlərin aşkar edilməsi sayəsində əlavə imkanlar yaranacaq".