219
11:44
17 Oktyabr 2019

Sürücülərin NƏZƏRİNƏ: Bu yollar rənglənəcək

Avtomobil nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Xocəsən-Lökbatan və Bakı Dairəvi-1 avtomobil yollarında, həmçinin Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində, gecə saatlarında isə Xətai rayonu, Rahib Məmmədov və Ramiz Quliyev küçələrində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.
Lent.az -a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, bu səbəbdən sürücülərdən sözügedən küçə və yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.