442
18:45
16 Oktyabr 2019

Serxio Aquero yol qəzasına düşdü

“Mançester Siti”nin super ulduzu Serxio Aquero yol qəzasına düşüb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, argentinalı futbolçunun qəzadan yaralanmadan xilas olduğu açıqlanıb.
31 yaşlı futbolçunun hadisə yerindən piyada ayrıldığı qeyd olunub. Qazanın ardından lüks maşınının ön hissəsinin böyük zədə aldığı məlum olub.
Ulduz oyunçunun komandanın şənbə günü qarşılaşacağı “Kristal Pelas” ilə oyun üçün idmana getdiyi bildirilib.