368
18:57
15 Oktyabr 2019

Bakıda ikimərtəbəli ev yandı

Bakının Nəsimi rayonunda ikimərtəbəli evdə yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Lent.az -a verilən məlumata görə, 100 kv.m olan altıotaqlı evin birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 16 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.