455
16:25
15 Oktyabr 2019

İlham Əliyev İsa Həbibbəylini ordenlə təltif etdi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsa Əkbər oğlu Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Lent.az xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə İsa Əkbər oğlu Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin”.