252
14:18
15 Oktyabr 2019

Azərbaycanda qadın mülk üstündə döyüldü

Lənkəranda qohumların mübahisəsi xəsarətlə nəticələnib.
APA -nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Separadi kənd sakini Fərman Cənnətəli oğlu Məmmədov mübahisə etdiyi qohumu, 42 yaşlı Həlimə Aslan qızı Fərzəliyevaya xəsarət yetirib. Qapalı kəllə-beyin travması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan qadının vəziyyəti həkimlərin müdaxiləsindən sonra normal qiymətləndirilir.
Mübahisənin mülk üstündə baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.