321
19:50
15 Oktyabr 2019

Bakıda kafedən külli miqdarda pul oğurlandı

Bakıda kafedən xeyli miqdarda pul oğurlanıb.
Lent.az -a bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki kafelərin birindən 1881 manat və 400 dollar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ş.İbrahimov saxlanılıb.