231
23:24
14 Oktyabr 2019

Türkiyə Baş Qərargah rəisi rusiyalı həmkarı ilə Suriyadan danışdı

Türkiyənin Baş qərargah rəisi, ordu generalı Yaşar Gülərlə Rusiyanın Baş qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında telefon söhbəti olub.
APA -nın yerli bürosu xəbər verir ki, bu barədə Türkiyə Müdafə Nazirliyinin Baş Qərargah İdarəsi məlumat yayıb.
Bildirilib ki, həmkarlar Türkiyə-Suriya sərhədində təhlükəsiz bölgə və Suriya mövzusunda gündəmdə olan bır sıra məsələləri müzakirə ediblər.