384
22:14
14 Oktyabr 2019

Meksikada 14 polis əməkdaşı öldürüldü

Meksikanın Miçoakan ştatında naməlum silahlı şəxslərin hücumu zamanı 14 polis əməkdaşı öldürülüb.
APA -nın “Sputnik”ə istinadla verdiyi xəbərə görə hadisə ştatın Aquilila şəhərində baş verib.
Meksikanın Təhlükəsizlik və Mülki Müdafiə Katibliyinin yaydığı məlumatda bildirilir ki, asayiş keşikçilərinə hücum edən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və onların axtarılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.