260
17:53
14 Oktyabr 2019

Türkiyə Prezidenti: "Biz qardaşlıq vəzifəsi olaraq bu işi görürük"

“Nə vaxtdan bəri terror təşkilatları NATO üzvünə qarşı müdafiə olunur?”
APA -nın xəbərinə görə, bunu Bakıda keçirilən Türk İş Şurasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Türkiyənin əsas məqsədi Suriyanın şimalını PYD/YPG və İŞİD terrorçulardan təmizləməkdir.
Ərdoğan qeyd edib ki, Türkiyə ordusunun Suriyanın şimalından hərbi əməliyyatlar başlayandan bəri Türkiyə ərazisinə 700-dən çox raket zərbələri endirilib.
O hərbi əməliyyatlar zamanı Türkiyənin itkilərini də açıqlayıb. Türkiyə Prezidenti vurğulayıb ki, 18 insan həyatını itirib, 148 nəfər yaralanıb: “3 milyon 650 min ərəb bizim torpaqlarımızda qonaqdır. Axı bunları niyə görmürlər, onlar Suriyadan qaçıblar. Biz qardaşlıq vəzifəsi olaraq bu işi görürük. Bu işdə Avropa İttifaqı dəstək verəcəyini vəd etsə də, 3 milyard avrodan başqa bir şey ödəməyib. Biz isə 40 milyarddan çox xərc çəkmişik”.
Türkiyə Prezidenti “Barış bulağı” hərəkatının kürdləri hədəf alması barədə iddiaları əsassız adlandırıb: “Bizim əsas hədəfimiz terrorizmdir”.