330
19:34
14 Oktyabr 2019

Oğurluqda şübhəli bilinən dəstə saxlanıldı

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 2 evdən pul və velosiped, habelə marketlərin birindən tütün məmulatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini S.İsgəndərov saxlanılıb.
Daxili İşlər Nazirliyindən Lent.az a bildirilib ki, araşdırma zamanı onun digər 4 nəfərlə birgə daha 2 mağazadan pul, danışıq kartları, ərzaq məhsulları, tütün məmulatı, spirtli və sərinləşdirici içkilər oğurlamaları da müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinənlər - R.Abdullayev, S.Əliyev və V.Musayev də polis əməkdaşları tərəfindən saxlanılmış, bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Əməliyyat-axtarlış tədbirləri davam etdirilir.