338
15:17
14 Oktyabr 2019

AzTV-nin texniki bazası təkmilləşdiriləcək

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində yaradılan Bədii Şuranın növbəti iclası keçirilib.
Lent.az -a AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, iclasda QSC sədri Rövşən Məmmədov Azərbaycan Televiziyasında siyasi və ideoloji işin düzgün qurulmasının və effektiv iş prinsipinin hər zaman prioritet vəzifə hesab edildiyini diqqətə çatdırıb. O, texniki bazanın təkmilləşdirilməsinin QSC-nin diqqət ayırdığı əsas məqamlardan biri olduğunu deyib.
Rövşən Məmmədov qeyd edib ki, verilişlərin daha effektiv hazırlanması üçün yaxın gələcəkdə yeni kameralar, səs avadanlıqları alınacaq. İclasda Bədii Şuranın üzvləri Azərbaycan Televiziyasının efir strukturu, hazırlanan verilişlərin bədii tərtibatı, diktor və aparıcıların peşəkarlıq səviyyəsi ətrafında diskussiyalar aparıblar.