397
13:36
14 Oktyabr 2019

Azərbaycanlı gənc özünü bıçaqladı - VİDEO

Gəncə bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, 24 yaşlı şəhər sakini Aysiman Rəşid oğlu Muxtarov bıçaq yarası ilə xəstəxanaya gətirilib.
Yaralı dərhal əməliyyat olunub, onun vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, Aysiman Muxtarov özünə bıçaqla xəsarət yetirib. Onun hansı səbəbdən özünü bıçaqlaması məlum deyil.
Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı araşdırma aparılır.