212
12:48
14 Oktyabr 2019

Səfirimizin ABŞ-da Azərbaycana dair məqaləsi dərc edildi

ABŞ-ın Harvard Universitetinin rəsmi saytında Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevin müəllifi olduğu “Yeni regionalizm nəzəriyyəsinin əsasları və Cənubi Qafqazda regional təhlükəsizlik problemləri” sərlövhəli məqaləsi dərc edilib.
Lent.az xəbər verir ki, ingilis və rus dillərində yayımlanan məqalədə regional təhlükəsizlik məsələlərinə toxunulub. Müəllif vurğulayıb ki, qlobal geosiyasi gərginliyin artması fonunda regional təhlükəsizliyin təmin edilməsi problemi daha da aktuallaşır.
“Təhlükəsiz və sabit regiondan etibarlı və sabit dünyaya keçidin məntiqi regional ölkələrdən müvafiq xarici siyasət tələb edir. Bu çərçivədə Azərbaycanın xarici siyasəti əvvəlcədən açıqlığı və konstruktivliyi ilə diqqət çəkir. Çünki Cənubi Qafqaz hər zaman dünyanın ən mürəkkəb, ziddiyyətli və xarici geosiyasi təsirlərə həssas bölgələrindən biri hesab olunub”, - deyə səfir məqaləsində qeyd edir.
Məqalədə A.Xudiyev region dövlətlərinin xarici siyasətini xarakterizə etmək üçün intellektual mühitdə geniş istifadə olunan “köhnə bölgəçilik” və “yeni regionalizm” anlayışları məsələlərinə toxunub. Məqalədə yeni regionalizm nəzəriyyəsində beynəlxalq təşkilatlar və region dövlətlərin təsir imkanları təhlil olunub.