413
13:03
14 Oktyabr 2019

Gəncə teatrında iki yeni tamaşa təhvil verildi

Gəncə Dövlət Dram Teatrında iki tamaşanın premyerası olub. Bu barədə Lent.az -a teatrın baş rejissoru İradə Sayya Gözəlova məlumat verib.

Tamaşaların hər ikisi klassik janrdadır. Biri Şeksprin “Hamlet”i, ikincisi Cəfər Cabbarlının “Dönüş” əsərləridir.

Tamaşalarda teatrın aktyorlarının hamısı rol alıb. Hər iki tamaşanın quruluşçu rejissoru İradə Sayya Gözəlovadır.

Cəfər Cabbarlının “Dönüş” əsərinin tamaşası bakıda noyabr ayında keçiriləcək Cabbarlı teatr festivalına artıq dəvət olunub.