179
12:48
14 Oktyabr 2019

Həbsdəki ərinə narkotik gətirən qadın ifşa olundu

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Lent.az -a xidmətdən bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinə əsasən 2 il 6 ay azadlıqdan məhrum edilmiş məhkum Taleh Babayev ilə qısamüddətli görüşə gəlmiş arvadı, Ağdam şəhər sakini Jalə Babayevanın üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman əl çantasının içərisində gizlədilmiş 1 ədəd bükülüdə 0,048 qram psixotrop maddə - metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.