193
12:27
14 Oktyabr 2019

İtkin düşən kişi tapılıb

Bakıda itkin düşən orta yaşlı kişi tapılıb.
Daxili İşlər Nazirliyindən Lent.az -a verilən məlumata görə, oktyabrın 11-də günorta saat 3 radələrində Nəriman rayonu Nəriman Nərimanov küçəsində yaşayan 1971-ci il təvəllüdlü Müşfiq Həsənov idarə etdiyi "Mercedes" markalı avtomobillə evdən çıxıb bir daha geri qayıtmayıb. Nərimanov rayon 16-cı polis bölməsində itkin düşmüş kimi qeydiyyata alınan M.Həsənov oktyabrın 13-də idarə etdiyi "Mercedes" markalı avtomobillə yaşadığı evə geri qayıdıb.