210
12:29
14 Oktyabr 2019

Həmyerlisini qətlə yetirən tutuldu

Oktyabrın 12-də saat 20 radələrində Tovuz rayonunun Hunanlar kəndi ərazisindən şəhər sakini Asif İbrahimovun aldığı bıçaq xəsarətindən ölmüş vəziyyətdə xəstəxanaya gətirilməsi barədə Tovuz rayon Polis Şöbəsinə məlumat daxil olub.
Lent.az -a Daxili İlər Nazirliyindən bildirilib ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları müvafiq tədbirlər həyata keçirib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən şəhər sakini F.Məmmədov saxlanılıb.
Araşdırma aparılır.