138
10:31
14 Oktyabr 2019

Həmkəndlisinin döydüyü 38 yaşlı kişi evə buraxıldı

Goranboyda döyülən şəxs evə buraxılıb.
Bu barədə Lent.az -a Goranboy rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Vidadi Əliyev məlumat verib. Onun sözlərinə görə, döyülərək travmotologiya şöbəsinə yerləşdirilən Sahil Sarıyevin həyatı üçün heç bir təhlükə olmadığından evə buraxılıb. O, zərərçəkmişin yalnız bilək nahiyəsində əzilmə olduğu bildirib.
Qeyd edək ki, hadisə dünən gecə saatlarında Goranboy rayonu, Kələk kəndində baş verib. 38 yaşlı Sahil Sarıyevi münaqişə zəminində həmkəndlisi döyüb. Zərərçəkmiş rayon mərkəzi xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib.