247
11:41
14 Oktyabr 2019

Bakının bu istiqamətində hərəkət tam məhdudlaşdırıldı

Oktyabrın 14-dən Abşeron rayonu, Masazır dairəsindən “Gənclər şəhərciyi” istiqamətində olan köməkçi yolda təmir-qazıntı işlərinə başlanılıb.
BDYPİ-nin HTT və İQƏŞ-nin rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyevin APA -ya verdiyi məlumata görə, bunula əlaqədar 300 metr məsafədə yolun hərəkət hissəsi nəqliyyat vasitələri üçün tam məhdudlaşdırılıb.
"Bunu nəzərə alaraq sürücülərdən xahiş olunur ki, müəyyən müddət ərzində alternativ yollardan istifadə etsinlər", - deyə DDYPİ-dən bildirilib.