221
10:59
14 Oktyabr 2019

İki gündə 4 nəfər dərmandan zəhərlənib

Son iki gündə toksikologiya şöbəsinə zəhərlənmə ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.
1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovun Lent.az -a verdiyi məlumata görə, iki gün ərzində şöbəyə 6 nəfər müraciət edib. Onun sözlərinə görə, müraciətlərdən 4-ü istifadə edilən dərmanların orqanizmə verdiyi əks reaksiyalar səbəbilə baş verən zəhərlənmələrdir. Qalan ikisi isə allergiya ilə bağlıdır.