893
12:22
13 Oktyabr 2019

Bu xəbər hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər - Mehriban Əliyeva

"Yeniyetmə şahmatçımız Aydın Süleymanlının Hindistanda 14, 16 və 18 yaşlı oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatının qalibi olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər".
Lent.az xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "İnstagram"-dakı rəsmi səhifəsində qeyd edilir.
Paylaşımda yazılıb:
"Dünya çempionu titulu uğrunda yarışlarda qələbə qazanmağı münasibətilə Aydını ürəkdən təbrik edir, ona yeni-yeni nailiyyət və qələbələr arzulayıram!"