432
12:00
13 Oktyabr 2019

Prezident şahmatçı Aydın Süleymanlını təbrik etdi

Prezident İlham Əliyev şahmatçı Aydın Süleymanlını təbrik edib.
APA -nın məlumatına görə, dövlət başçısı A. Süleymanlını Hindistanda oğlanlar və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında 14 yaşlılar arasında qələbə qazanmağı münasibətilə təbrik edib.
Təbrikdə qeyd edilib ki, A. Süleymanlı ilk turlardan yarışa liderlik edərək turniri qələbə ilə başa çatdırıb: “Sən həmyaşıdların arasında şahmat üzrə dünya çempionu adını qazanaraq şahmat tariximizdə daha bir parlaq səhifə açdın. Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm”.