516
23:53
10 Oktyabr 2019

ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının bəyanatına VETO qoydu

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Türkiyənin Suriyanın şimalında “Barış bulağı” hərbi əməliyyatlarını qınayan bəyanatına ABŞ və Rusiya veto qoyub.
APA -nın “Daily Sabah” saytına istinadla verdiyi xəbərə görə, BMT-nin Təhlükəsizlik Şurası Türkiyənin Suriyanın şimalında təhlükəsiz bölgə yaratmaq üçün başladığı hərəkatı qınamaqla bağlı beş Avropa dövləti - Fransa, Almaniya, İngiltərə, Polşa və Belçikanin tələbi ilə təcili toplantı olub. Lakin ABŞ və Rusiya bəyanata müxalif olduqları səbəbindən qərar qəbul olunmayıb.