175
21:47
10 Oktyabr 2019

İdarəetmədən çıxan avtomobil səkiyə çırpıldı, 2 nəfər yaralanıb

Nizami rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə metronun "Qara Qarayev" stansiyasının yaxınlığında baş verib.
1952-ci təvəllüdlü Yolçuyev Nizami Nüsrət oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil səkiyə çırpılıb.
Hadisə zamanı N.Yolçuyev və onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Yolçuyeva Nüşabə Qafar qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib. N.Yolçuyevə döş qəfəsinin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.