944
17:49
10 Oktyabr 2019

"Nə Hacım, nə Məşədim, nə də sponsorum olub" - Mənzurə onları qınadı

Müğənni Mənzurə Musayeva ailə qurmaq mövzusu ilə özlərini gündəmə gətirən həmkarları barədə danışıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Hər şey daxil” verilişində bildirib ki, bəzi müğənnilər tamaşaçını aldadır: “Özlərini yalandan reklam edirlər. Reklam lazımdır, amma mən etmirəm. Heç verilişə gələndə İnstaqramda paylaşmaq yadıma düşmür. Onlar mənim haqqımda heç nə deyə bilməzlər. Ağzıgöyçəklər arxamca danışa bilər. Sübuta yetiriləsi söz deyə bilməzlər. Sponsorum olmayıb ki, deyim qaçıb. Nə Hacım, nə Məşədim olub. Hətta Axund da eşitdim. Bunları niyə biabır edirlər".