253
19:22
10 Oktyabr 2019

Oğurladığı maşınla saxlanıldı

Bərdə rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Əbilov “QAZ-3110” markalı avtomobilinin qaçırılmasını bildirib.
Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi S.Paşazadə şəhər ərazisində avtomobillə birgə saxlanılıb.
Araşdırma aparılır.