182
13:15
10 Oktyabr 2019

Macarıstan - Azərbaycan oyununu bu hakimlər idarə edəcək

AVRO-2020-nin seçmə mərhələsinin Macarıstan - Azərbaycan oyununun hakimləri açıqlanıb.
APA -nın məlumatına görə, qarşılaşmanı hollandiyalı referilər idarə edəcəklər.
Oktyabrın 13-də Budapeştdə baş tutacaq görüşün baş hakimi Dennis Higler olacaq. Ona Yohan Balder və Joost van Zuilen kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Bas Nijhuis yerinə yetirəcək.