2573
16:20
10 Oktyabr 2019

"Təmiz şəhər" təkzib etdi: "Həyatını itirən qadın əməkdaşımız deyil"

Balaxanı zibilliyində bədbəxt hadisə ilə həyatını itirən qadın "Təmiz şəhər" ASC-nin işçisi deyil.
Bu barədə qurumdan Lent.az -a verilən məlumatda bildirilib ki, üzərinə qapı aşaraq həyatını itirən İnci Cəfərovanın "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin işçisi olduğu təkzib edilib.
saat: 12:38
Balaxanı zibilliyində zədələnən qadın xəstəxanaya çatmamış ölüb.
Bu barədə Lent.az -a Sabunçu rayonu 3 saylı şəhər kliniki xəstəxanasının baş həkim müavini Cahangir Həsənov məlumat verib. Onun sözlərinə görə, xəstəxanada İnci Cəfərovaya hər hansı təxirəsalınmaz tibbi yardım göstərilməyib. Cahangir Həsənov qadının xəstəxanaya çatmamış həyatını itirdiyini bildirib.
saat: 11:56
Bakıda bədbəxt hadisə baş verib.
APA -nın məlumatına görə, Sabunçu rayonunda yerləşən "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin Balaxanı məişət tullantıları poliqonunda çalışan İnci Cəfərovanın üzərinə qapı düşüb.
Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.