1225
11:32
10 Oktyabr 2019

Ali məktəbdə bədbəxt hadisə: Tələbə qız...

Şamaxı rayonunda ali təhsil ocağında bədbəxt hadisə baş verib.
APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 10:30 radələrində Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialında qeydə alınıb.
Şamaxı sakini, 20 yaşlı Daşdıyeva Nazilə Elxan qızı oxuduğu ali məktəbin ikinci mərtəbəsinin pəncərəsindən yerə yıxılıb. Üçüncü kurs tələbəsi olan N. Daşdıyeva ağır bədən xəsarətləri aldığı üçün Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun hansı səbəbdən pəncərədən yıxıldığı hələ ki, məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.