1142
09:17
10 Oktyabr 2019

Azərbaycanda DƏHŞƏT: yeniyetməni qanına buladılar

Yevlax rayonunda qətl törədilib.
Lent.az -ın məlumatına görə, hadisə oktyabrın 9-da saat 20 radələrində rayonun Havarlı kəndində baş verib. Kənd sakini 1999-cu il təvəllüdlü Çuqay Yasin Göyüş oğlu yaşadığı evin yaxınlığında şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində olan bıçaqla həmkəndlisi 2002-ci il təvəllüdlü Nəzərov Rasim Abid oğlunun döş qəfəsinə xəsarəti yetirib.
Zərərçəkmiş dərhal Mingəçevir şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Təxirəsalınmaz tibbi-cərrahi yardım göstərilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.