364
19:16
09 Oktyabr 2019

Avtomobillərdən oğurluq edən yeniyetmələr tutuldu

Bakıda avtomobillərdən oğurluq edən iki nəfər ifşa olunub.
Lent.az -a Daxili İşlər Nazirliyindən bildirilib ki, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 16-dan 21-dək olan müddətdə rayon ərazisində 7 avtomobildən pul, sənəd və maqnitofon oğurlamaqda şübhəli bilinən Qala qəsəbə sakinləri olan 2 yeniyetmə saxlanılıblar.
Faktla bağlı araşdırma davam etdirilir.