957
17:42
09 Oktyabr 2019

Heyva marmeladının hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.
Bu dəfə sizi sosial şəbəkədə “Ağababa Ağababa” adı ilə məşhur olan səhifəyə istinadla heyva marmeladının necə hazırlanması ilə tanış edəcəyik.
Tərkibi:
1,8 kq heyva, 900 qr şəkər tozu, 1 çay qaşığı darçın, 1/3 çay qaşığı mixək, 1 xörək qaşığı bal
Hazırlanma qaydası:
Heyvanın qabıqlarını və özəyini təmizləyirik. Təmizlədiyimiz heyvaları bir qaba, qabığını və özəyini isə digər qazana əlavə edirik. Qabıqların üzərinə çıxana qədər su əlavə olunur ki, suyun içində yumşalsınlar. Sonra həmin su süzülüb doğranmış heyvanın üzərinə tökülür. Daha sonra üzərinə çıxana qədər yenidən su əlavə olunub yumşalana qədər bişirilir. Sonra blenderlə əzib tamam yumşaldırıq. Daha sonra darçını, mixəyi, balı və şəkər tozunu əlavə edib ocağa qoyuruq. Təxmini 2 saata qədər zəif odda tez-tez qarışdırmaq şərti ilə bişiririk. Onu da qeyd edək ki, zövqə görə içərisinə müxtəlif çərəz əlavə etmək olar. 2 saat bişirdikdən sonra ocaqdan götürürük. Daha sonra sobanın listinə yağlı kağız çəkib marmeladı üzərinə töküb yayırıq. Üzərinə kağız çəkib qoyuruq 2 gün bərkisin. Hər gün çeviririk ki, hər üzü qurusun. Sonra doğrayıb servis edə bilərsiniz.
Nuş olsun!